Rəqsanə: "Həyat yoldaşımla istirahətə getmişdim" - fotolar

Rəqsanə: "Həyat yoldaşımla istirahətə getmişdim" -  fotolar
11:51 19 İyun 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Rəqsanə İsmayılova fotokameramız qarşısına keçərək, şəkillər çəkdirib.

Axşam.az-a açıqlama verən ifaçı yaradıcılığındakı yeniliklərdən də bəhs edib.

O, xalq artisti Zeynəb Xanlarova ilə birlikdə solo konsert verəcəyini deyib:

“Konsert məşqlərinə başlamışam. Avqustda bölgələrə turneyə çıxacam. Beş yerdə konsertim olacaq. Sonuncu tədbir isə Heydər Əliyev Sarayında baş tutacaq. Burada SSR-nin və Azərbaycanın xalq artistinin repertuarından olan mahnıları ifa edəcəm. Gecədə 1 saat mən, digər 1 saatı isə səhnəyə həmin xanım çıxacaq. Konsertimi prodüser Tolikə həvalə etmişəm. O, mənim güvəndiyim insanlardan biridir. İşlərini həmişə bəyənmişəm”.

R.İsmayılova bu yaxınlarda istirahətdən qayıtdığını da deyib:

"Həyat yoldaşımla birlikdə xaricə istirahətə getmişdim. Beş gün qaldım. Qayıtmaq məcburiyyətində idim. Çünki işlərim çoxdur".

Foto: Ramin ASLANOV











Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR