x
Loading...
.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən fərdi evlər tezliklə sahiblərinə təhvil veriləcək

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən fərdi evlər tezliklə sahiblərinə təhvil veriləcək
12:03 19 İyun 2015
1030 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Xaçmaz, 19 iyun, Elxan Yusifli, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Xaçmaz rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ilkin olaraq altı fərdi ev tikilir.
AZƏRTAC xəbər verir ki, fərdi evlər rayonun Qusarçay, Kəndxudat, Hülövlü, Bostançı kəndlərində və şəhər ərazisindəki yeni yaşayış massivində inşa olunur.
Qarabağ müharibəsi əlili, Füzuli uğrunda gedən döyüşlərdə minaya düşərək ayağını itirmiş Vüqar Səlimov üçün rayonun Qusarçay kəndində tikilən ev üçotaqlıdır. 130 kvadratmetr sahəyə malik ev üçün 6 sot həyətyanı sahə də ayrılıb. Qarabağ əlili bu kateqoriyadan olan şəxslərə göstərilən dövlət qayğısından razılığını bildirir: “Biz Vətən uğrunda döyüşmüşük. Bu döyüşlərdə sağlamlığını itirən şəxslərə, eləcə də şəhid ailələrinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı var. Mən fərdi evin tikilməsi üçün müraciət etmişdim. Növbəm çatdı və mənim üçün də ev tikilir. Tezliklə evim hazır olacaq və ailəmlə birlikdə burada yaşayacağıq”.
Tikintisinə 2015-ci ilin ilk aylarından başlanılan evlərin sentyabr ayınadək istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda evlərdə son tamamlama işləri aparılır.
Xaçmaz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qarşıdakı illərdə bu kateqoriyadan olan 50- yə yaxın ailənin də mənzil və ya fərdi evlərlə təmin olunması nəzərdə tutulub.
Ümumiyyətlə, son illərdə Xaçmaz rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dörd bina, eləcə də 24 fərdi ev tikilərək istifadəyə verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarabag_muharibesi_elilleri_ve_sehid_aileleri_uchun_tikilen_ferdi_evler_tezlikle_sahiblerine_tehvil_verilecek-865242

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR