Bakı-2015: Albaniyalı boksçuda dopinq tapıldı

Bakı-2015: Albaniyalı boksçuda dopinq tapıldı
12:04 19 İyun 2015
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2015 Avropa Oyunlarına qatılan idmançıların istifadəsi qadağan olunmuş dərman preparatlardan yararlanmağına PWS şirkəti nəzarət edir. Bunu apasport.az saytına açıqlamasında Gənclər və İdman Nazirliyinin “Dopinqə qarşı mübarizə sektoru”nun rəhbəri İradə Rüstəmzadə deyib.

 

O bildirib ki, Ümumdünya Antidopinq Agentliyinin (WADA) tərəfdaşlarından olan PWS şirkətinin mütəxəssisləri Avropa Oyunlarının ilk günündən Bakıdadı. Onlar istədikləri atleti hətta yarışa qatılmazdan öncə belə yoxlayırlar.

 

Rüstəmzadənin sözlərinə görə, artıq antidopinq yoxlamalarının ilk nəticələri məlumdu. Yoxlamalardan sonra orqanizmində istifadəsi qadağan olunun dərman preparatı tapılan ilk idmançı da bəllidi. Bu, Albaniya millisinin boksçusu Reşildo Zenelidi.

 

56 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançının qanında furosemid preparatı tapılıb. Rüstəmzadə bildirib ki, bu gün rinqə çıxmalı olan boksçu artıq Atletlər kəndindən çıxarılıb və onun 1/8 finalda döyüşməli olduğu Dmitri Asanov (Belarus) növbəti mərhələyə vəsiqə qazanıb.

 

“Dopinqə qarşı mübarizə sektoru”nun rəhbəri onu da bildirib ki, bu yoxlamalar hər gün davam edəcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR