Ev, talvar və ot bağlamaları yandı

Ev, talvar və ot bağlamaları yandı
13:04 19 İyun 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Ağstafa rayonunda ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Köçəsgər kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 4 otaqdan ibarət evin aynabəndinin lambirdən ibarət tavanında yanğın başlayıb. Nəticədə tavan 4 kv.m sahədə, evə bitişik ümumi sahəsi 120 kv.m olan talvarın yanar konstruksiyası 20 kv.m sahədə və talvarın altına yığılmış 16 ton ot bağlamasının 4 tonu yanıb. Evin, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR