Beynəlxalq Nüvə və İnformasiya Sistemi tərəfindən AEBA-nın məlumatlar bazasına bir ildə 430 məlumat göndərilib

Beynəlxalq Nüvə və İnformasiya Sistemi tərəfindən AEBA-nın məlumatlar bazasına bir ildə 430 məlumat göndərilib
13:06 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə AMEA-nın ilk əməkdaşlıq layihəsi olan Radiasiya Problemləri İnstitutunun (RPİ) əsasında Beynəlxalq Nüvə Tədqiqatları Mərkəzi öz fəaliyyətini ötən ildə uğurla davam etdirib. 2014-cü ildə əvvəlki illərdə olduğu kimi, Beynəlxalq Nüvə və İnformasiya Sistemi (İNİS) tərəfindən AEBA-nın məlumatlar bazasına 430 məlumat göndərilib.
 
Bundan əlavə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən İNİS-ə göndərilən disklər müvafiq olaraq qruplaşdırılıb, şöbənin kitabxanasına yerləşdirlib. RPİ-dən bildirilib ki, ötən illərdə olduğu kimi, 2014-cü ildə də bir neçə yerli qurumlarla əməkdaşlıq edilib və dərc olunan yeni materiallardan informasiyalar toplanıb, agentliyin məlumatlar bazasına daxil edilib:
 
 
 “Məsələn, Fizika İnstitutu tərəfindən nəşr olunan məqalələr toplusu, konfrans materialları, tezislərdən məlumatlar toplanıb,  xüsusi “İnput” proqramı vasitəsilə göndərilib. AEBA-dan alınan CD disklər toplanan informasiyanın mövzusuna uyğun olaraq çeşidlənib, bütün məqalələr tərcümə olunub”.
 
AEBA-dan nüvə enerjisinin dinc məqsədlərlə istifadə sahəsinin müxtəlif istiqamətlərini, o cümlədən nüvə reaktorları və onların yanacaq tsikli, nüvə enerjisinin təhlükəsizliyi, nüvə reaktorlarının fizikası, nüvə silahlarının yayılmamasına dair fəaliyyət, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması, nüvə qurğularının fiziki müdafiəsi, nüvə   yanacaq tsiklinə terror təhlükəsi, nəzəri nüvə fizikası, yüklənmiş hissəciklər fizikası, radioekologiyada nüvə fizikası üsullarının tətbiqi,  nüvə sınaqları keçirilən ərazilərin ekoloji problemləri, ekoloji riskin qiymətləndirilməsində nüvə üsullarının tətbiqi, radioaktiv tullantıların basdırılması zamanı yaranan radioekoloji problemlər, neftçıxarmada təbii və süni radionuklidlərin yaratdığı propblemlər, radiozitopların istehsalı, radionuklidlərin canlı orqanizmlərə təsiri, kənd təsərrüfatında istifadə olunan nüvə texnologiyaları, tibdə  istifadə olunan nüvə texnologiyaları, sənayedə istifadə olunan nüvə texnologiyaları, radiasiya kimyəvi, radiasiya fizikası, radiasiya materialşünasılığı və digər nüvə ilə əlaqədar sahələrə dair xülasə şəklində olan məlumatlar CD disklərdə daxil edilib və institutun əməkdaşlarının istifadəsinə verilib.
 
 
Həqiqət İSABALAYEVA

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR