“Azərkosmos” ASC ilə “ISO 27001/2013” beynəlxalq standartına aid məsləhətləşmələr aparılıb

“Azərkosmos” ASC ilə “ISO 27001/2013” beynəlxalq standartına aid məsləhətləşmələr aparılıb
13:13 19 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
“Azərkosmos” ASC-nin nümayəndələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri ilə görüşüblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə informasiya texnologiyaları və təhlükəsizliyi üzrə məsələlərin “ISO 27001/2013” beynəlxalq standartlarına uyğun tənzimlənməsi, bununla bağlı müvafiq hesabatların və sənədlərin tərtib edilməsinin zəruriliyi barədə məlumat verilib. Müəssisənin informasiya texnologiyaları və təhlükəsizliyi üzrə məsələlərin "ISO 27001/2013" beynəlxalq standartlarına uyğun təşkili üçün lazımi prosedurlar izah edilib. İlkin olaraq, əsaslı təcrübənin formalaşması üçün “ISO 27001/2013” beynəlxalq standartlarına aid bəzi informasiya mənbələri tövsiyə edilib.
Toplantı çərçivəsində informasiya texnologiyaları və təhlükəsizliyi üzrə risklərin, boşluqların təyin edilməsi məsələləri təhlil olunub, onların müvafiq qaydalara uyğun aradan qaldırılma üsulları müzakirə edilib. Bu sahədə “Azərkosmos” ASC-nin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerkosmos_ASC_ile_ISO_27001_2013_beynelxalq_standartina_aid_meslehetlesmeler_aparilib-865246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR