Qadınlar arasında stolüstü tennis yarışının finalında Niderland idmançıları üz-üzə gələcəklər

Qadınlar arasında stolüstü tennis yarışının finalında Niderland idmançıları üz-üzə gələcəklər
13:23 19 İyun 2015
39 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, Flora Şükürova, AZƏRTAC
Birinci Avropa Oyunlarının stolüstü tennis yarışının dördüncü və sonuncu günündə – iyunun 19-da fərdi mübarizənin qalibləri müəyyən olunacaq.
AZƏRTAC xəbər verir ki, səhər sessiyasının birinci yarısında kişi və qadın tennisçilər final uğrunda mübarizə aparırlar. İlk görüşdə Li Jie (Niderland) və Eva Odorova (Slovakiya) üzərində 4:0 hesabı ilə qələbə qazanıb.
Yarımfinalın digər görüşündə Niderlandın daha bir təmsilçisi Jiao Li türkiyəli Mələk Hunu 4:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Beləliklə, qadınlar arasında mübarizənin qızıl və gümüş medalları Niderlandın aktivinə yazılacaq. Üçüncü yer uğrunda görüşdə isə Mələk Hu və Eva Odorova mübarizə aparacaqlar.
Kişilər arasında yarışın yarımfinalında isə hazırda Dmitri Ovçarov (Almaniya) Pol Drinkhol (Böyük Britaniya) ilə qarşılaşır. Digər görüşdə Ley Kou (Ukrayna) Vladimir Samsonov (Belarus) ilə üz-üzə gələcək.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qadinlar_arasinda_stolustu_tennis_yarisinin_finalinda_Niderland_idmanchilari_uz_uze_gelecekler-865251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR