Binəqədi kərgədanının yaşı müəyyən olundu- 45 min il

Binəqədi kərgədanının yaşı müəyyən olundu- 45 min il
13:29 19 İyun 2015
54 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclası keçirilib.

 AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, tədbirdə iştirak edən geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov ilk olaraq “Binəqədi dördüncü dövr fauna və flora tapıntı yeri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda tədqiqatlardan danışıb. Bildirib ki, H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin (TTM) mövzu üzrə gördüyü işlər ölkədə təbiətin qədim tarixinin öyrənilməsi, elmin təbliği və elmi potensiala söykənən turizmin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Muzeyin əməkdaşları son illər bu istiqamətlərdə mühüm nəticələr əldə ediblər.

TTM-in rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov sözügedən nəticələr barədə məruzə ilə çıxış edib. O, son 3 ildə Binəqədi fauna və flora qəbiristanlığında qazıntı işlərinin aparılması nəticəsində 30 mindən çox sümük, diş, lələk və buğumayaqlıların xitin örtüklərinin aşkar olunduğunu, bitumdan təmizləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, 3 yeni quş növü və xeyli yeni bitki növü də muzeyin kolleksiyasına əlavə olunub. Tapıntılar üzərində aparılmış tədqiqatların nəticələri 2015-ci ilin martında Moskvada Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutu, apreldə isə Los Anceles şəhərinin George C. Page və Təbiət Tarixi muzeylərinin rəhbərlikləri ilə müzakirə edilib. Görüşlərdə hər 3 təşkilat ilə əməkdaşlıq imkanlarından da bəhs olunub. T.Eybatov vurğulayıb ki, Binəqədi fauna və flora qəbiristanlığından tapılmış kərgədanının mütləq yaşı 190 min deyil, məhz 45 min, ardıcınkı isə 55 min il müəyyən edilib. Bunlardan əlavə, qazıntıların bir qisminin holosenə aid olduğu məlum olub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR