Flora Kərimova əvvəl oynadı, sonra ağladı - video

Flora Kərimova əvvəl oynadı, sonra ağladı -  video
13:36 19 İyun 2015
327 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Flora Kərimova “Günə baxan” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni Rəhim Rəhimlinin “Ay Maşallah” mahnısını çox sevdiyini bildirib:

“Bu mahnıya “Əndamı yanmış” deyirdim. Hər dəfə qulaq asanda şıdırğı rəqs edirəm. Bayaq studiyanın arxasında eşitdim, utandım oynamağa”.

Daha sonra studiyada “Ay Maşallah” mahnısı səsləndirilib, F.Kərimova rəqs edib.

Daha sonra xalq artisti “Bakı 2015” Avropa Oyunlarının açılışı ilə bağlı yayımlanan çarxı izləyib, kövrəlib.

“Açılışı evdə izlədim. Hönkür-hönkür ağladım. Orada tariximizi göstərdik. Bu işin arxasında duranların qarşısında baş əyirəm” deyə, F.Kərimova əlavə edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32367

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR