x
Loading...
.

Boksçularımız rinqə çıxdı

Boksçularımız rinqə çıxdı
12:36 19 İyun 2015
126 İdman
Ölkə mətbuatı
A- A+
.

I Avropa Oyunları çərçivəsində boks yarışları davam edir.

ANS PRESS-in məlumatına görə, boksda Azərbaycanlı kişilərlə yanaşı, qadınlar da da gücünü nümayiş etdirəcək. 20 yaşlı Anaxanım Ağayeva qadınlar arasında yüngül çəki (48-51 kq) dərəcəsində 1/8 finalda Polşadan olan Sandra Drabiklə görüşəcək. Leyla Cavadova isə orta çəki dərəcəsində 1/8 final mərhələsində Rusiyadan olan rəqibi Yaroslava Yakuşina ilə gücünü sınayacaq.

Kişi boksçulardan 1/8 finala çıxan idmançılar – Tayfur Əliyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov rəqibləri ilə qarşılacaqlar. Tayfur Əliyev yüngülçəkili (56kq) boks qrupunda yerli ümidləri daşıyır. O, Nikola Andreina (ROU) ilə mübarizə aparacaq.

Tayfur Əliyev, aprel ayında Kristal Zalda Avropa Oyunlarına sınaq yarışı kimi keçirilən Böyük İpək Yolu Elit turnirində qızıl medal qələbəsini təkrar etmək istəyir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR