Azərbaycanda iki nəfərdən qanunsuz ov tüfəngi götürülüb

13:07 21 Yanvar 2015
103 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 13:05 ]


Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda qanunsuz saxlanılan ov tüfəngləri aşkarlanıb. 

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Şükür Əliyevdən müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 patron, Cəlilabad polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bəcrəvan kənd sakini Rahat Babayevdən müvafiq sənədləri olmayan 1 ədəd nömrəsi silinmiş ov tüfəngi götürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR