Boksçumuz Anaxanım Ağayeva ilk döyüşündə məğlub olub

13:38 19 İyun 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Boksçumuz Anaxanım Ağayeva Bakı 2015 birinci Avropa Oyunlarında ilk döyüşündə məğlub olub.

Trend xəbər verir ki, bu gün Kristal Zalda keçirilən yarışlarda Azərbaycan boksçulardan ilk olaraq rinqə ölkəmizi yüngülvari (48-51 kq) çəkidə təmsil edən Anaxanım Ağayeva çıxıb.

Anaxanımın 1/8 finaldakı rəqibi Polşa boksçusu Sandra Drabik olub. Müdafiədə buraxdığı səhvlər ucbatından ilk raund Anaxanımın rəqibinin hesabına yazıldı - 9:10. Boksçumuz ikinci raundda da təxminən eyni səhvləri buraxdığından polşalı rəqibi üstün oldu – 9:10. İlk iki raundun uğursuzluğunun əvəzini çıxamağa çalışan boksçumuz yenə də eyni aqibət və eyni nəticə ilə üzləşdi. Sonuncu, dördüncü raundda polşalı rəqibinin üzərinə atılan A.Ağayeva yenə də başından ardıcıl zərbələr alıb və yekunda 36:40 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu gün Avropa Oyunlarında daha 4 boksçumuz rinqə çıxacaq. Azərbaycanı boks yarışlarında orta çəkidə (69-75 kq) təmsil edən qadın boksçumuz Leyla Cavadova 1/8 finalda Rusiya idmançısı Yarolava Yakuşina ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Kişi boksçularımızdan isə rinqə ilk olaraq Tayfuq Əliyev çıxacaq. Azərbaycanı yarımyüngül çəkidə (56 kq) təmsil edən Tayfurun 1/8 finaldakı rəqibi Rumıniya boksçusu Nikolae Anderana olacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Rinqə çıxacaq növbəti kişi boksçumuz Azərbaycanı yarımağır çəkidə (81 kq) təmsil edən Teymur Məmmədov olacaq. Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçısı teymur Məmmədovun 1/8 finaldakı rəqibi Polşa idmançısı Yordan Kulinski olacaq. Döyüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Ondan dərhal sonra, saat 21:45-də rinqə Azərbaycanı super ağır çəkidə (+91 kq) Olimpya oyunlarının bürünc mükafatçısı, dünya çempionu Məhəmmədrəsul Məcidov çıxacaq. Onun rəqibi Gürcüstan boksçusu Mixeil Baxtidze olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR