Azərbaycanın stolüstü tennisçiləri İranda uğur qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri İranda uğur qazanıblar
13:08 21 Yanvar 2015
152 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Yanvarın 17–dən 20-dək İranın paytaxtı Tehran şəhərində böyüklər arasında IV Fəcr Kuboku uğrunda yarışlar keçirilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AzərTAc-a bildiriblər ki, tədbirdə İranın 6 komandası ilə yanaşı, Rusiya, Qazaxıstan, Türkmənistan, Belarus, Macarıstan, Koreya Respublikası, Livan, İraq , Əfqanıstan, Almaniya , Serbiya və İndoneziya komandaları da mübarizə aparıblar.
Turnirdə ölkəmizi məşqçilər Niyaz Əzimov və Xəyalə Qiyasovanın rəhbərliyi ilə 8 oyunçu (4 kişi və 4 qadın) təmsil edib.
Gərgin mübarizə şəraitində keçən turnirdə qızlar arasında qoşa yarışlarda yığma komandanın üzvləri Rüfət Quliyeva və Məryəm İmanova cütlüyü III yerə sahib olub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_stolustu_tennischileri_Iranda_ugur_qazaniblar-826320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR