Azərbaycanda bu ilki buraxılış imtahanlarının yekun statistikası açıqlandı

Azərbaycanda bu ilki buraxılış imtahanlarının yekun statistikası açıqlandı
13:58 19 İyun 2015
145 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bu il keçirilən buraxılış imtahanında iştirak etmiş 9-cu sinif şagirdlərinin 24.09 faizi, 11-ci sinif şagirdlərinin isə 19.87 faizi ana dili fənnindən "2" qiymət alıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, buraxılış imtahanında test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə imtahan vermiş 9-cu sinif şagirdlərinin 25329 nəfəri (24.09 faizi) ana dili fənni üzrə, 28283 nəfəri (26.85 faizi) riyaziyyat fənni üzrə “2” qiymət alıb. Şagirdlərin 46525 nəfəri (44.25 faizi) ana dili, 41841 nəfəri isə (39.72 faizi) riyaziyyat fənnindən “3” qiymət alıblar.

9-cu sinif məzunlarının 20681 nəfəri (19.67 faizi) ana dilindən, 21383 nəfəri (20.30 faizi) riyaziyyat fənnindən “4”, 12606 nəfər (11.99 faizi) ana dilindən, 13839 nəfər (13.14 faizi) isə riyaziyyat fənnindən “5” qiymət alıb.

Qeyd edək ki, tədrisi ingilis, gürcü dillərində olan orta məktəblərdə ana dili fənni üzrə yekun qiymətləndirmə orta ümumtəhsil müəssisəsi tərəfindən aparılır.

Buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 17089 nəfəri (19.87 faizi) ana dili fənni üzrə, 18552 nəfəri (21.53 faizi) riyaziyyat, 15942 nəfəri (18.71 faizi) xarici dil, 182 nəfəri (19.57 faizi) isə kimya fənni üzrə “2” qiymət alıb.

İmtahanda iştirak edənlərin 32130 nəfəri (37.35 faizi) ana dili fənni üzrə, 28096 nəfəri (32.61 faizi) riyaziyyat, 36753 nəfəri (43.12 faizi) xarici dil, 546 nəfəri (58.71 faizi) isə kimya fənni üzrə “3” qiymət alıb.

11-ci sinif məzunlarının 22240 nəfəri (25.85 faizi) ana dili fənni üzrə, 24706 nəfəri (28.68 faizi) riyaziyyat, 18214 nəfəri (21.37 faizi) xarici dil, 145 nəfəri (15.59 faizi) kimya fənni üzrə “4” qiymət alıb.

İmtahan verən XI sinif şagirdlərinin 14560 nəfəri (16.93 faizi) ana dili fənni üzrə, 14802 nəfəri (17.18 faizi) riyaziyyat, 14317 nəfəri (16.80 faizi) xarici dil fənni, 57 nəfəri (6.13 faizi) isə kimya fənni üzrə “5” qiymət alıb.

Xatırladaq ki, 11-ci sinif məzunları üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə xarici dil tədris olunmayan məktəblərin şagıərdləri kimya fənni üzrə) üzrə imtahan veriblər. İmtahanlar iyunun 2, 6, 11, 16-da mərkəzləşdirilmiş qaydada keçiririb. Bu imtahanlarda 105346 nəfər IX sinif şagirdi, 86156 nəfər XI sinif şagirdi iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2408322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR