Bölgələrdə yayda sınaq qiymətləndirilməsi keçirilə bilər - MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ

Bölgələrdə yayda sınaq qiymətləndirilməsi keçirilə bilər - MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ
13:09 21 Yanvar 2015
3177 Sosial
Ölkə mətbuatı
A- A+

Bölgələrdə müəllimlər üçün sınaq qiymətləndirilməsi yay aylarında keçirilə bilər. Lent.az-ın əldə etdiyi məlumata görə, bu proses mərhələli şəkildə həyata keçiriləcək.

 

Təhsil Nazirliyindən bununla bağlı Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın bölgələrində də sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulur. Bu, sistemli şəkildə həyata keçiriləcək: “Sınaq qiymətləndirilməsi müəllimlərə öz zəif və güclü tərəflərini müəyyənləşdirməyə, çatışmayan cəhətlərini aradan qaldırmağa kömək edir”. 

 

Qeyd edək ki, Bakıda qiymətləndirilmə 4 gün ərzində (ötən ilin 10-13 iyun tarixlərində) aparılıb. Sınaq qiymətləndirilməsində 30 mindən artıq müəllim iştirak edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR