İqtisad Universitetinə yeni startap layihələr cəlb olunur

İqtisad Universitetinə yeni startap layihələr cəlb olunur
14:08 19 İyun 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov rəhbərlik etdiyi ali məktəbin İnnovativ Biznes İnkubatorunun startapçıları ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə İnnovativ Biznes İnkubatoru startaplarının icra vəziyyəti barədə məlumat verilib, onların biznes aspekti baxımından səmərəliliyi təhlil edilib, eyni zamanda, layihələrin mənfəət göstəricilərinin artırılması yolları müzakirə olunub. Qarşıya çıxan maneələrin aradan qaldırılması üçün təklif və tövsiyələr səsləndirilib.
Sonra ADİU və digər universitetlərin tələbələri yeni layihələrinin təqdimatını keçiriblər. Bu layihələr əsasən maliyyə təlimləri və xidmət sektorunu əhatə edib. Startapçı olmaq istəyən gənclər layihələrinin əhəmiyyətindən danışıblar.
Ə.Muradov ADİU tərəfindən bundan sonra da startapçıların dəstəklənəcəyini bildirib, yeni layihələrin daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələrini verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqtisad_Universitetine_yeni_startap_layiheler_celb_olunur-865268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR