Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

14:37 19 İyun 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 14:32 ]


Bakı. Fərid Mirzəyev - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-100, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyunun 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 296 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 30 faizini təşkil edib. 
 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 115 m3/s olmaqla, ongünlük normanın 68 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 63 m3/s təşkil edərək ongünlük normanın 37 faizinə bərabər olub.
 

İyunun 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Kür çayının Surra məntəqəsində 2, Salyanda 4 sm azalma, Şirvanda 4 sm artım qeydə alınıb, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. 
 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 303 sm (2014-cü il iyunun 19-da 326 sm), Şirvanda 143 sm (2014-cü il iyunun 19-da 178 sm), Salyanda 68 sm (2014-cü il iyunun 19-da 115 sm), Bankədə 177 sm (2014-cü il iyunun 19-da 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 27 sm (2014-cü il iyunun 19-da 48 sm) təşkil edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387786

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR