Azərbaycanlı boksçu zəhərlənib

Azərbaycanlı boksçu zəhərlənib
13:42 19 İyun 2015
56 İdman
Ölkə mətbuatı
A- A+

"Anaxanım Ağayevanın polşalı rəqibi ilə ilk raundu bərabər mübarizə şəraitində keçirdi və qələbəyə ümidimiz də vardı. Onda süstlük hiss olunurdu. Çünki Anaxanım srağagün zəhərlənmişdi. Ola bilər ki, hələ tam özünə gələ bilməyib. Ona görə də məğlub oldu".

Trend xəbər verir ki, bunu Azərbaycan qadınlardan ibarət boks yığmasının baş məşçqisi Şamil Maqomedbekov bu gün Kristal Zalda keçirilən yarışlarda Azərbaycanı yüngülvari (48-51 kq) çəkidə təmsil edən Anaxanım Ağayevanın ilk döyüşündə polşalı rəqibi Sandra Drabikə məğlub olmasının səbəbini şərh edərkən deyib.

Onun sözlərinə görə, Anaxanımın qələbə qazanmamasına əsas səbəb onun iki gün əvvəl zəhərlənməsi olub: "Anaxanımın polşalı rəqibi çox təcrübəli boksçudur. Onun hesabında artıq 150-yə yaxın döyüş var. Bizim qızımız isə ondan 10 dəfə az döyüş keçirib. Ötən il o, hələ Azərbaycanı yeniyetmə kimi təmsil edirdi. Buna baxmayaraq, Anaxanım Avropa Çempionatında 5-ci yeri tuta bildi və müvafiq lisenziyanı qazandı. 3 gün əvvəl biz polşalı qızı da izləmişdik. Hətta düşünürdüm ki, bizim onu udmaq şansımız var. Lakin bu zəhərlənmə məsələsi Anaxanımı geri atdı".

Buna baxmayaraq baş məşqçi yetirməsinin çıxışından razı qaldığını bildirib: "Ümumilikdə, onun çıxışı pis deyildi. Onun idman ustası, beynəlxalq təcrübəsi olan boksçu ilə belə döyüşməsi irəliyə doğru böyük addımdır. Anaxanım bir müddət əvvəl uşu-sanda ilə məşğul olub. O, cəmi 2 il əvvəl boksla məşğul olmağa başlayıb".

Ş.Maqomedbekov bu gün rinqə çıxacaq növbəti boksçumuz Leyla Cavadovanın döyüşü barədə də fikirlərini bölüşüb: "Bu gün axşam Leyla Cavadova döyüşəcək. O, Avropa çempionatının mükafatçısıdır. Onun da rəqibi çox təcrübəli Rusiya boksçusudur. Amma mübarizə aparacağıq və qələbəyə ümid edəcəyik. Qələbəni qazanmaq lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR