Belarusu Ukraynadan qeyri-leqal silah axını narahat edir

Belarusu Ukraynadan qeyri-leqal silah axını narahat edir
13:58 19 İyun 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+


Minsk, 19 iyun, AZƏRTAC
Ukrayna ərazisindən Belarusa silah və hərbi sursat, habelə narkotiklər gətirilməsi cəhdləri bu ölkədə narahatlıq doğurur. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Dövlət Gömrük Xidmətinin (DGX) sədri Yuri Senko bəyan edib.
O deyib: “Təəssüf ki, İndi Ukraynada silah, demək olar, əldən-ələ gəzir. Polşa və Litva istiqamətlərində silah gətirmə cəhdləri yox səviyyəsindədirsə, Ukrayna istiqamətində bu problem aktuallaşıb. Belə hallar hələlik çox deyil, amma var. Heç bir halda silah gətirilməsinə imkan verməməliyik. Bu silah bizim əmin-aman ölkəmizə yol tapmamalıdır”.
Onun sözlərinə görə, DGX Ukrayna istiqamətində əlavə sərhəd xidməti yaradandan sonra Belarus-Ukrayna sərhədində işləyən şəxsi heyəti bu problemin həllinə istiqamətləndirib. Nəqliyyat vasitələrinin yoxlanılması ilə bağlı nəzarət tədbirləri də gücləndirilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belarusu_Ukraynadan_qeyri_leqal_silah_axini_narahat_edir-865282

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR