Ermənistan Davosa gəlməyəcək

Ermənistan Davosa gəlməyəcək
13:13 21 Yanvar 2015
85 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Ermənistan çərşənbə günü Davosda start götürəcək illik Beynəlxalq İqtisadi Forumda təmsil olunmayacaq. Trend xəbər verir ki, bu barədə “Jamanak” qəzeti hökumətin mətbuat xidmətinə istinadən məlumat verir.

Beynəlxalq İqtisadi Forum 21-24 yanvar tarixində İsveçrənin Davos şəhərində 45-ci dəfə keçiriləcək.

Gözlənildiyi kimi, forumda 50-dən artıq dövlət və hökumət başçıları daxil olmaqla təxminən 2,5 min iş adamı, siyasətçilər, QHT nümayəndələri və ekspertlər iştirak edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2355476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR