Bakıda maskalı cinayətkarlar bacı-qardaş imiş - TƏFƏRRÜAT

Bakıda maskalı cinayətkarlar bacı-qardaş imiş - TƏFƏRRÜAT
13:14 21 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Onlar silahlı basqın ediblər

Bakıda quldurluq etmiş şəxslər yaxalanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Nazim Kərimova qarşı quldurluq etmiş qrupun digər üzvləri -  Bakı şəhər sakinləri Nurlan Hüseynov və bacısı Gülnurə tutulublar.

 

Qeyd edək ki, yanvarın 19-da adları yuxarıda qeyd edilən bacı-qardaş Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əlimərdanov Xəyal Qabil oğlu ilə birlikdə N.Kərimovun yaşadığı evə soxulublar. Maska geyinmiş 3 nəfər ev sahibini silahla hədələyərək pul və qızıl tələb ediblər. Lakin ev sahibi və ailə üzvləri çığır-bağır salaraq aktiv müqavimət göstəriblər. Bu zaman N.Kərimov maskalı şəxslərdən birini yaxalamağı da bacarıb. Vəziyyətin çətinləşdiyini görən bacı-qardaş isə uzaqlaşıb.

 

Ev sahibi yaxaladığı şəxsi polisə təhvil verib. Aparılan araşdırmalardan sonra cinayətin digər iştirakçıları da tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR