Rusiya XİN rəhbəri: “Ukraynanın dağılmasında maraqlı deyilik”

Rusiya XİN rəhbəri: “Ukraynanın dağılmasında maraqlı deyilik”
14:22 19 İyun 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 15:17 ]

Bakı – APA. “Donbasda Rusiyaya birləşmə ilə bağlı birmənalı əhval-ruhiyyə görmürəm. Moskva ümumiyyətlə Ukraynanın parçalanmasında maraqlı deyil”.

APA-nın məlumatına görə, bunu “RBC”yə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

 

“Donetsk və Luqansk Rusiyaya birləşmə ilə bağlı referendum keçirməyiblər. Düşünürəm ki, bu həm də siyasi nöqteyi-nəzərdən doğru olmazdı. Siyasi nöqteyi-nəzərdən heç kim Ukraynanın dağılmasında maraqlı deyil. Krım isə ayrı söhbətdir. Orada xalq rusların susdurulması cəhdlərinə cavab verib”, - deyə o vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR