Benyamin Netanyahudan Ramazan mesajı

Benyamin Netanyahudan Ramazan mesajı
15:26 19 İyun 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

İsrailin baş naziri Benyamin Netanyahu Ramazan mesajı yayıb.

ANS PRESS-in məlumatına görə, o, müqəddəs ay münasibəti ilə yaydığı video müraciətində İsraildə yaşayan müsəlmanları təbrik edib.

Mesaj Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib: "İsrailin müsəlman vətəndaşlarına Ramazan ayının başlaması münasibəti ilə təbrik edirəm. Bu il də dünyada vəziyyətin o qədər də yaxşı olmadığını bilirik. Məzhəblər arası savaşlar, vətəndaş müharibələrinin yaşandığı bir zamanda müsəlmanlar Ramazan ayını qeyd edirlər".

Netanyahu bildirib ki, İsrail dini azadlığa hörmətlə yanaşan, ibadə azadlığını təmin edən dövlətdir: "Müsəlmanlar vətəndaşlarımız bunu hamıdan yaxşı bilir. Siz İsrail cəmiyyətinin ayrılmaz parçasısınız", - deyə baş nazirin mesajında vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=351880

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR