Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun bütün sahələri avtomatlaşdırılıb

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun bütün sahələri avtomatlaşdırılıb
15:38 19 İyun 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 19 iyun, AZƏRTAC 
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılan iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılıb və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, fondun bütün sahələri avtomatlaşdırılıb.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun internet saytının (www.dsmf.nakhchivan.az) yaradılması nəticəsində məcburi dövlət sosial sığortahaqqı ödəyicilərinin məcburi dövlət sosial sığorta haqlarını bankomat kartları vasitəsilə və ya banklarda nağd qaydada onlayn ödənilməsinə, vətəndaşların fonda elektron müraciət etmələrinə və digər elektron xidmətlərin fəaliyyət göstərməsinə geniş imkanlar açılıb.
Naxçıvan Muxtar Respublikası elektron hökumət portalına (www.e-hokumet.nmr.az) Dövlət Sosial Müdafiə Fondunun 20 adda elektron xidməti qoşulub. Fond tərəfindən göstərilən elektron xidmətlər pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla, üç istiqamətdə aparılır.
Hazırda sığortaolunanın onlayn uçota alınması, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi, sığortaolunanlara məlumatların verilməsi, pensiya kalkulyatoru, pensiya təyinatının və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu, pensiyaçıya məlumatların verilməsi, məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi xidmətləri fəaliyyət göstərir.
Elektron xidmətlərdən istifadə etmək üçün dsmf.nakhchivan.az internet ünvanında yerləşdirilən elektron xidmətlər bölməsinə daxil olmaq lazımdır. Elektron xidmətlərdən istifadə ödənişsizdir. Digər elektron xidmətlərin də yaxın vaxtlarda fəaliyyət göstərməsi üçün fond tərəfindən müvafiq işlər aparılır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Muxtar_Respublikasi_Dovlet_Sosial_Mudafie_Fondunun_butun_saheleri_avtomatlasdirilib-865292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR