x
Loading...

Dəmirəlin cənazəsi ilə selfi çəkdirdi (VİDEO)

Dəmirəlin cənazəsi ilə selfi çəkdirdi (VİDEO)
14:51 19 İyun 2015
51 Digər
Ölkə mətbuatı
A- A+
.

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin cənazəsi Kocatepe Məscidinə gətirilib.

ANS PRESS-in məlumatına görə, Dəmirəlin cənazəsinin keçidi əsnasında bəzi vətəndaşlar telefonlarıyla selfie çəkməyə çalışıb. Polis təhlükəsizlik tədbirləri üçün böyük səy göstərib.

Ancaq buna baxmayaraq bəzi vətəndaşlar selfi çəkdirməsi xoş qarşılanmayıb. Hətta sosial şəbəkələrdə insanlar selfi çəkdirənləri tənqid ediblər.

Qeyd edək ki, Dəmirəlin cənazəsi hazırda xüsusi avtomobillə Kocatepe Məscidinə aparılıb. Burada cümə namazının ardından cənazə namazı qılınacaq. Dəmirəlin qəbri daha sonra İspartaya aparılacaq və şənbə günü burada dəfn olunacaq.

91 yaşındakı 9-cu prezident Süleyman Dəmirəl çərşənbə günü vəfat etmişdi. Mərhum prezidentin ölüm səbəbi tənəffüs yolu infeksiyası, böyrək və ürək çatmazlığı olaraq açıqlanmışdı.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR