Azərbaycan millisi Gürcüstanla yoxlama oyunu keçirəcək

13:17 21 Yanvar 2015
143 İdman
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 13:14 ]


Bakı – APA. 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 2-dən 8-ə qədər Bakıda təlim-məşq toplanışında olacaq. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesi çərçivəsində yığmamız 2 yoxlama oyunu keçirəcək.

 

Komandamız hər iki görüşdə gürcüstanlı həmyaşıdları ilə üz-üzə gələcək. Bu matçlar “Bakı”nın təlim-məşq bazasında baş tutacaq. 

 

Qonşu ölkə yığmaları fevralın 6-da və 8-də görüşəcək. İlk oyun saat 11:30-da, ikinci oyun 17:30-da başlayacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR