Azərbaycan boksçularından biri 1/4 finala çıxıb, digəri məğlub olub

15:52 19 İyun 2015
43 İdman
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 15:51 ]

Bakı-APA. Bakı-2015 I Avropa Oyunlarında boks yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün 6 çəkidə 1/8 mərhələsinin görüşləri keçirilir. Azərbaycan yığmasının 5 boksçusu yarışlarda iştirak edir.

 

 

Kişilər arasında 56 kq çəki dərəcəsində Azərbaycan yığmasının üzvü Tayfur Əliyevin 1/8 finalda rəqibi bundan öncəki mərhələdə ispaniyalı Dieqo Pereyra Ferreri məğlub edən (3:0) rumıniyalı Nikolae Andreiana olub. Avropa çempionatının gümüş medalçısı inamlı qələbə qazanıb - 3:0 (30:27; 29:28; 30:27). Əliyev 1/4 finalda Fredrik Yensenlə (Danimarka) gücünü yoxlayacaq. Görüş iyunun 22-də saat 14:00-da olacaq.

 

 

81 kq çəki dərəcəsində Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov 1/8 finalda polşalı Yordan Kulinski ilə üz-üzə gələcək.

 

 

 

+91 kq çəki dərəcəsində ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhməmədrəsul Məcidov Gürcüstan təmsilçisi Mixail Baxtidzenlə döyüşəcək.

 

 

Qadınlar arasında 51 kq çəki dərəcəsində Anaxanım Ağayevanın rəqibi Sandra Drabikdir (Polşa) olub. Qarşılaşma boksçumuz üçün uğurlu alınmayıb və rəqib 3:0 (40:36; 40:36; 40:36) hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.

 

75 kq çəki dərəcəsində Azərbaycanı bu çəkidə təmsil edən Leyla Cavadova 1/8 finalda rusiyalı Yaroslava Yakuşina ilə qarşılaşacaq.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR