Barak Obama amerikalıları odlu silaha münasibəti dəyişməyə çağırıb

Barak Obama amerikalıları odlu silaha münasibəti dəyişməyə çağırıb
15:58 19 İyun 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
ABŞ polisi Cənubi Karolina ştatının Çarlston şəhərində yerləşən kilsədə törədilən qətldə şübhəli bilinən şəxsi hadisədən bir sutka keçməmiş taparaq yaxalayıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, 21 yaşlı Dilan Ruf şəxsi əraziyə qanunsuz yolla daxilolma və narkotiklə bağlı artıq iki dəfə polis tərəfindən saxlanılıbmış.
Polisin məlumatına görə, cinayəti törətməzdən qabaq Ruf kilsədə bir saata yaxın vaxt keçirib, daha sonra isə ətrafa atəş açaraq 9 nəfərin ölümünə səbəb olub.
Hadisədən sonra xüsusi bəyanatla çıxış edən ABŞ Prezidenti Barak Obama amerikalıların odlu silaha olan münasibətlərinin dəyişməsinin vacibliyini qeyd edib.
Xatırladaq ki, iyunun 17-də bir nəfər silahlı şəxs Afrika metodik yepiskop kilsəsində insanlara atəş açıb. Hadisə nəticəsində həyatını itirən 9 nəfərin hamısı Afrika əsilli amerikalılardır. Polis cinayətin irqçilik zəmnində törədildiyini hesab edir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Barak_Obama_amerikalilari_odlu_silaha_munasibeti_deyismeye_chagirib-865304

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR