Xarici KİV-lər Avropa Oyunlarından yazır

Xarici KİV-lər Avropa Oyunlarından yazır
15:17 19 İyun 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

"Əl-Cəzirə Türk" televiziya kanalının saytında ilk Avropa Oyunları ilə bağlı daha bir məqalə dərc edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, müəllif məqalədə qeyd edir ki, son illərdə idman turizmində rolu ilə diqqət çəkən azərbaycanlılar bu sahədən daha çox nəticələr əldə edəcəklərini düşünürlər.

Məqalədə bildirilir ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunları Bakıda indiyə qədər reallaşdırılan ən böyük idman yarışıdır: "Cənubi Qafqazın ən böyük ölkəsi son illərdə idmana qoyduğu investisiyalarla diqqəti cəlb edir. Bundan başqa, dünyanın ən yaxşı klublarından olan "Atleko Madrid"in formasına verdiyi reklamla "Azərbaycanı ziyarət edin" mesajını verən ölkənin məqsədi idmanın gücündən istifadə edərək həm turizmi inkişaf etdirmək, həm də ölkə kimi belə bir təşkilatçılığa qadir olduğunu isbat etməkdir. Bu gün Azərbaycan əhalisinin sayı 9,5 milyondur və ölkənin üçdə biri Bakıda yaşayır. Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata görə, ötən il Azərbaycanı 3 milyona yaxın turist ziyarət edib. Bu rəqəmin bu ilin sonuna qədər 10 faiz artacağı gözlənilir".

Məqalədə, həmçinin Oyunların Azərbaycan turizmini 6-7 il önə atdığı bildirilir.

Müəllif yazır ki, "Millenium" şirkətlər qrupu ölkənin ən böyük turizm agentliklərindən biridir. Şirkətin rəhbəri Ruslan Quliyev dərgiyə açıqlamasında ölkədə hazırda hər zamankından daha çox turistin olduğunu və Avropa Oyunlarının Bakıya çox dəyər qatacağını deyir. R.Quliyevin sözlərinə görə, Azərbaycanda hotel strukturunda da sürətli inkişaf var. Belə ki, 5 il öncə 200-300 hotel vardısa, hazırda hotellərin sayı 500-dən artıqdır və tikilişi davam edən 40 böyük hotel var.

Məqalədə o da vurğulanır ki, Bakı 3 il öncə "Eurovision" mahnı müsabiqəsini təşkil edib və bu yarışma üçün şəhərdə bir çox kinoteatr, teatr, kitabxana, əyləncə mərkəzləri inşa edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/baku2015/351410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR