"12-5-12" - MOK-da Avropa Oyunlarında medal qazanmış idmançılarımızla ənənəvi görüş - FOTO

"12-5-12" - MOK-da Avropa Oyunlarında medal qazanmış idmançılarımızla ənənəvi görüş - FOTO
16:27 19 İyun 2015
58 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Olimpiya çempionları Fərid Mansurov Namiq Abdullayev iştirak ediblər. Onlar mükafat qazanan idmançıları təbrik ediblər.

Qeyd edilib ki, azərbaycanlı idmançılar Oyunların ilk günündən etibarən 12 qızıl, 5 gümüş və 12 bürünc medal qazanıblar. Medalların gözəl "12-5-12" simmetriyası, şübhəsiz, azərbaycanlı idmançıların daha böyük uğuru ilə pozulacaq.

A.Rəhimov bildirib ki, indiyə kimi beynəlxalq yarışlarda azərbaycanlı idmançıların belə bir uğuru olmayıb: "Hələ qarşıda bizi daha çox medal gözləyir. Bütün dünya Azərbaycanın necə böyük idman dövləti olduğunu görür".

Ç.Hüseynzadə qeyd edib ki, müxtəlif nümayəndə heyətləri ilə görüşlər zamanı hamı Bakıda I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayır.

Sonra ötən gün Avropa Oyunlarında mükafat qazanan idmançılara - taekvondo üzrə yarışların qalibi Milad Beygi Xarçeqani (80 kq), gümüş mükafatçı Fəridə Əzizova (67 kq), sərbəst güləş üzrə bürünc mükafatçılar Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəmaləddin Məhəmmədov (125 kq) və fərdi çoxnövçülük üzrə idman gimnastikası yarışlarının gümüş mükafatçısı Oleq Stepkoya xatirə hədiyyələri təqdim edilib.

Daha sonra idmançılar nar ağacının qızıl, gümüş və bürünc medallarını tərənnüm edən simvolik bəhrələri üzərində imza atıblar.

Qonaqlara konsert proqramı təqdim olunub.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR