Dövlət Əmək Müfəttişliyinin 5 işçisinə töhmət verilib

Dövlət Əmək Müfəttişliyinin 5 işçisinə töhmət verilib
15:27 19 İyun 2015
128 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 16:21 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) fəaliyyətin səmərəli təşkilinə nəzarət məqsədilə yaradılmış şuranın növbəti iclası keçirilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, iclası giriş sözü ilə açan DƏMX-in rəisi Fuad Əlizadə ölkəmizdə yeni iş yerlərinin açılması, istehsal sahələrinin genişlənməsi və məşğulluq səviyyəsinin yüksəlməsi şəraitində əmək hüquqlarının təminatına dövlət nəzarətinin də daim gücləndiyini vurğulayıb.

 

“Təkcə cari ilin yanvar-may aylarında xidmət tərəfindən idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı iş yerlərində 6 599 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verilən həmin hüquq pozuntuları ilə əlaqədar işəgötürənlərə tətbiq edilən cərimələrin 54,94%-i (866 884 manat) dövlət büdcəsinə ödənilib ki, bu da  ötən ilin müvafiq dövrünə dair göstərici ilə müqayisədə 20,13% (145 292 manat) çoxdur. Həmçinin bu dövrdə işdən qeyri-qanuni azad edilmiş 8 nəfərin əvvəlki işinə bərpa edilməsi təmin olunub”, - deyə F.Əlizadə bildirib.

 

Xidmət rəisi həmçinin bu ilin 5 ayında 432 146 manat həcmində gecikdirilən sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyini, bunun 2014-cü ili yanvar-may aylarındakı müvafiq göstəriciyə nisbətən 2 dəfədən də çox olduğunu qeyd edib. Əməyin mühafizəsi sahəsində də göstəricilərin müsbət dinamikasından söz açan F.Əlizadə dövlət nəzarətini həyata keçirən əməkdaşların icra intizamından irəli gələn prinsiplərə əməl etmələrinə, görülən işlərin səmərəli təşkilinə, vətəndaşlardan, ayrı-ayrı qurumlardan daxil olan müraciətlərə qanunvericiliyin tələblərinə uyğun baxılmasına xidmət tərəfindən daim xüsusi diqqət yetirildiyini, hazırda keçirilən iclasın məqsədinin bu sahədə vəziyyətin müzakirəsi olduğunu bildirib.

 

İclasda ƏƏSMN-nin 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin (DƏM) ötən il və bu ilin ilk rübü ərzində qulluq funksiyalarının icrası sahəsində gördüyü işlər, DƏMX-in 2015-ci ilin yanvar-may aylarında fəaliyyətinin yekunları, idarə, müəssisə və təşkilatlardan, habelə vətəndaşlardan daxil olan müraciətlərin araşdırılması və cavablandırılması istiqamətində görülən tədbirlər ətraflı müzakirə olunub. Əldə olunan uğurlu nəticələr  qeyd edilməklə yanaşı, nöqsan və çatışmazlıqlardan da bəhs edilib. İclasda funksional vəzifələrinin icrasında nöqsanlara yol verdiklərinə görə ƏSMNN-nin 19 saylı region üzrə DƏM-nin rəisinə, 7 saylı region üzrə DƏM-nin 4 nəfər əmək müfəttişinə töhmət verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR