“Leyli və Məcnun” operası təqdim ediləcək

“Leyli və Məcnun” operası təqdim ediləcək
16:33 19 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, Ceyhun Alışov, AZƏRTAC
İyunun 20–də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizdə olan xarici qonaqlar və yerli tamaşaçılar üçün Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasını təqdim edəcək.
Teatrdan AZƏRTAC-a bildiriblər ki, operada Məcnun rolunu xalq artisti Mənsum İbrahimov, Leyli rolunu isə xalq artisti Nəzakət Teymurova ifa edəcəklər.
Tamaşaya teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Leyli_ve_Mecnun_operasi_teqdim_edilecek-865320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR