x
Loading...
.

Gürcüstana kömək etmək istəyən azərbaycanlıların diqqətinə

Gürcüstana kömək etmək istəyən azərbaycanlıların diqqətinə
15:37 19 İyun 2015
60 Digər
Ölkə mətbuatı
A- A+
.

İyunun 13-dən 14-nə keçən gecə Tbilisi şəhərində baş vermiş təbii fəlakət nəticəsində 19 nəfər həlak olub, itkin düşənlərin axtarışları bu günə qədər davam etdirilir.

Gürcüstanın Azərbaycandakı səfirliyi bildirir ki, fəlakətin episentrində sel yaşayış binalarını, tikililəri, avtonəqliyyat vasitələrini tamamilə məhv edib, nəticədə çox sayda insan evsiz qalıb.

Təbii fəlakər şəhər infrastrukturuna böyük ziyan vurub, şəhərin mərkəzi rayonlarının birində yollar, körpülər, yaşıllıqlar və digər obyektlər məhv olub və nəqliyyat və piyadaların hərəkəti çətinləşib. Tarixi obyekt olan Tbilisi zooparkı tamamilə məhv olub və heyvanların əksəriyyəti tələf olub.

Səfirlikdən Trend-ə daxil olan məlumatda deyilir: "Azərbaycandakı dostlarımız bu faciədə bizə öz səmimi dəstəklərini göstərdilər və səfirlik Gürcüstan xalqı adından bu dəstəyə görə öz minnətdarlığını bildirir. Bu günə qədər səfirliyə sadə insanlar, hökumət və qeyri-hökumət nümayəndələri, işgüzar strukturlar müraciət edərək başsağlığı verir və fəlakətdən ziyan çəkmiş insanlara öz yardımlarını təklif edirlər".

Bununla əlaqədar Gürcüstan səfirliyi Azərbaycan Beynəlxalq Bankında azərbaycanlı fiziki və hüquqi şəxslərin könüllü ianələri üçün xüsusi bank hesabı açıb. Həmin hesab nömrəsini aşağıdakı kimidir:

Beneficiary Bank: The International Bank of Azerbaijan Republik,

"IBA-PREMIER", CUSTOMER SERVICE

SWIFT: IBAZAZ2X

Nizami str., 67, Phone: (+99412) 493-00-91

Beneficiary: EMBASSY OF GEORGIA

IBAN N: AZ10IBAZ39020028409416149120

Gürcüstanın Azərbaycan Respublikasındaki səfirliyi

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR