Ümumdünya Qaçqınlar Günü ilə bağlı hazırlanmış videoçarxda beynəlxalq ictimaiyyətin diqqəti qaçqınların və məcburi köçkünlərin problemlərinə yönəldilir

16:38 19 İyun 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
İyirmi iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri Xalid Hüseynlinin müraciətini əks etdirən videoçarx hazırlanıb.
AZƏRTAC xəbər verir ki, dünyada bir çox insanın müharibə və ya təqib səbəbindən yurdunu tərk etməyə məcbur olduğu bildirilən 29 saniyəlik videoçarxın hazırlanmasında məqsəd beynəlxalq ictimaiyyətin diqqətini qaçqınların və məcburi köçkünlərin problemlərinə cəlb etməkdir.
Dağıdıcı müharibələr, qaçqınların və məcburi köçkünlərin yaşadıqları ağır mənzil-məişət şəraiti və onların üzləşdikləri sosial problemlərlə bağlı görüntülərin fonunda edilən müraciətdə deyilir: “Bu, çox zaman ifadəsi çətin olan bir dəhşət, qorxu və itki, həmçinin böyük dəyanət və qurtuluş hekayəsidir. Bu, 40 milyondan artıq fərqli başlanğıcın, 40 milyondan artıq fərqli sonluğun hekayəsidir. Laqeyd qalmayın! BMT QAK-a qoşulun və bu hekayəni paylaşın!”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umumdunya_Qachqinlar_Gunu_ile_bagli_hazirlanmis_videocharxda_beynelxalq_ictimaiyyetin_diqqeti_qachqinlarin_ve_mecburi_kochkunlerin_problemlerine_yoneldilir-865322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR