Son bir ildə Azərbaycanda yük daşınması 2%, sərnişin daşınması isə 5% artıb

13:22 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 13:21 ]


Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən il ərzində 222 mln. ton yük və 1,8 mlrd. nəfər sərnişin daşınıb.

 

APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

 

Məlumata əsasən, 2013-cü ilə nisbətən yük daşınması 1,9%, sərnişin daşınması isə 4,7% artıb.

 

Yüklərin 9,8%-i dəmir yolu, 58%-i avtomobil nəqliyyatı, 27,7%-i boru kəməri vasitəsilə, sərnişinlərin 88%-i avtomobil nəqliyyatı, 11,8%-i metropolitenlə daşınıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR