"Unibank" "Uniskype" xidmətini istifadəyə verib

"Unibank" "Uniskype" xidmətini istifadəyə verib
16:42 19 İyun 2015
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 16:37 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Artıq dünyanın istənilən yerindən "Unibank"a zəng etmək, bir neçə dəqiqə ərzində, pul xərcləmədən bankın məhsul və xidmətləri haqqında istənilən məlumatı əldə etmək mümkündür.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "Unibank" məlumat mərkəzində "Uniskype" xidməti istifadəyə verilib.

 

Vətəndaşlar istər ölkə xaricində, istərsə də Azərbaycan ərazisində çox qısa müddətə “Skype” proqramı vasitəsi ilə bankla (Uniskype.unibank) interaktiv əlaqə yaradıb, suallarına cavab ala biləcəklər.

 

İstənilən bank əməliyyatlarının təsdiqlənməsi, kredit və depozit xidmətləri haqda geniş məlumat, kartın blokdan azad olunması kimi və bir çox digər məlumatların əldə olunması artıq bu xidmət sayəsində “Unibank” müştəriləri üçün çox əlverişli və asan olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR