Zaqatalada taxıl zəmilərinin hər hektarından 30 sentnerə yaxın məhsul götürülür

Zaqatalada taxıl zəmilərinin hər hektarından 30 sentnerə yaxın məhsul götürülür
16:43 19 İyun 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+


Zaqatala, 19 iyun, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında taxıl biçini gündən-günə sürətlənir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 19-dək 2200 hektar sahənin taxılı biçilib, 6400 tona yaxın məhsul tədarük olunub. Hələlik hər hektardan 30 sentnerə yaxın məhsul götürülür. Məhsuldarlıq ötən ilə nisbətən xeyli artıb.
Bu mövsüm Zaqatala rayonunda 12 min 148 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Biçin kampaniyasına, ümumilikdə 46 taxılbiçən kombayn, həmçinin lazımi qədər yük maşını, qoşqu, küləş presləyən aqreqat, şum traktoru və digər texnika cəlb edilib. Ehtiyac yaranarsa, qonşu rayonlardan əlavə, 10 ədəd kombaynın gətirilməsi nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatalada_taxil_zemilerinin_her_hektarindan_30_sentnere_yaxin_mehsul_goturulur-865325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR