SOCAR “Gazprombank”dan 489 milyon dollar kredit götürdü

SOCAR “Gazprombank”dan 489 milyon dollar kredit götürdü
16:44 19 İyun 2015
Ölkə mətbuatı
A- A+

 

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiya “Qazprombank”ı Azərbaycanda polipropilen və polietilen istehsalı ilə məşğul olacaq "SOCAR Polymer" zavodunun inşasının maliyyələşdirilməsi ilə bağlı razılaşma imzalayıblar.

 

"APA-Economics"in bankın saytına istinadən verdiyi məlumata görə, sənədi “Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov və SOCAR prezidenti Rövnəq Abdullayev imzalayıblar. İmzalanma mərasimi bu gün Sankt-Peterburqda keçirilən İqtisadi Forum çərçivəsində baş tutub.

 

"Qazprombank"ın İnvestisiya Komitəsi “SOCAR Polymer" üçün 10 il müddətinə 489 mln. dollar həcmində kredit ayırıb.

 

"Biz SOCAR-la uzunmüddətli strateji əməkdaşlıq qurmaq niyyətindəyik və “SOCAR Polymer” layihəsinin maliyyələşdirilməsinə bu əməkdaşlığın növbəti mərhələsi kimi baxırıq. Ümid edirik ki, maliyyə müqaviləsinin bağlanılması banka SOCAR tərəfindən həyata keçirilən digər layihələrdə də iştirak etməyə imkan yaradacaq. Həmçinin "Qazprombank" Qrupuna aid olan digər bir holdinqin - Birləşmiş Maşınqayırma Zavodlarının da əməkdaşlığa cəlb olunması planlaşdırılır”, - deyə A. Akimov bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR