“Toyota” avtomobil satışı üzrə dünya liderliyini 2014-cü ildə də saxlayıb

“Toyota” avtomobil satışı üzrə dünya liderliyini 2014-cü ildə də saxlayıb
13:23 21 Yanvar 2015
130 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 21 yanvar, AzərTAc
Yaponiyanın “Toyota Motor Corporation” şirkəti 2014-cü ildə dünyanın ən çox avtomobil satan şirkəti adını qoruyub saxlayıb. Ötən il filialları ilə birlikdə şirkət 10 milyon 230 min avtomobil satıb ki, bu da əvvəlki ildəkindən 3 faiz çoxdur.
Bununla bərabər, “Toyota” ilk dəfə olaraq bir ildə 10 milyondan çox avtomobil satmağa nail olub. Artıq üçüncü ildir ki, şirkət avtomobillərin satışına görə birinci yeri tutur.
“Toyota” yenə də yaxın rəqibləri olan Almaniyanın “Volkswagen” və ABŞ-ın “General Motors” şirkətlərini geridə qoyub.
2015-ci ildə isə şirkət satış miqdarının bir faiz azaldılmasını planlaşdırır. Bunun həm ölkə daxilində, həm də yeni iqtisadiyyat adlanan ölkələrdə satışın azalması ilə əlaqədar olduğu qeyd edilir.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Toyota_avtomobil_satisi_uzre_dunya_liderliyini_2014_cu_ilde_de_saxlayib-826325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR