"Qazprombank" Azərbaycanda SOCAR-ın iki zavodunun inşasını maliyyələşdirəcək

"Qazprombank" Azərbaycanda SOCAR-ın iki zavodunun inşasını maliyyələşdirəcək
17:08 19 İyun 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın "Qazprombank" ASC Azərbaycanda "SOCAR Polymer" yüksək sıxlıqlı polipropilen və polietilen istehsalı üzrə zavodların tikintisinin maliyyələşdirilməsi barədə saziş imzalayıblar.

Bu barədə Trend "Qazprombank"un saytına istinadən məlumat verir.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində sənədləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ASC-nin İdarə heyətinin sədri Andrey Akimov imzalayıblar.

"Qazprombank"ın investisiya komitəsi "SOCAR Polymer" üçün 489 milyon dollar həcmində kreditin ayrılmasını bəyənib. Kreditin ödəniş müddəti 10 ildir.

A.Akimov deyib: "Biz SOCAR ilə uzunmüddətli strateji tərəfdaşlığa istiqamətlənmişik və "SOCAR Polymer" layihəsinin maliyyələşdirilməsini əməkdaşlığın yeni mərhələsi kimi nəzərdən keçiririk".

O, ümid etdiyini bildirib ki, maliyyə sövdələşməsi banka SOCAR-ın reallaşdırdığı digər iri investisiya layihələrinin maliyyələşdirilməsində iştirak etməyə imkan verəcək.

Əməkdaşlığa "Qazprombank" qrupuna daxil olan "Birləşmiş Maşınqayırma Zavodları" holdinqini cəlb etmək də planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2408445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR