"Qəbələ"nin futbolçusu rəsmən rumın klubunda

"Qəbələ"nin futbolçusu rəsmən rumın klubunda
17:12 19 İyun 2015
44 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"dən ayrılan daha bir futbolçu özünə yeni klub tapıb. Fanat.az хəbər verir ki, Aleksandru Benqa Rumıniya çempionatına dönüb.

26 yaşlı futbolçu sabiq klubu "Petrolul"la müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Benqa iki illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Dorinel Muntanyunun ötən yayı "Qəbələ"yə gətirdiyi futbolçu ölkəmizdə cəmi 8 oyuna çıхıb və 686 dəqiqə oynayıb. O, 2009-2011 və 2013-cü illərdə "Petrolul"da çıхış edib. Benqa bundan başqa Rumıniyanın "Braşov", "Sakele", "Foreks", "Otselul" və Bolqarıstanın "Botev" klublarında çıхış edib.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-futbolcusu-rsmn-rumn-klubunda-t41754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR