x
Loading...
.

Nazir: "Azərbaycanın bütün ərazisi 2016-cı ilin sonunadək telefonlaşdırılacaq"

Nazir: "Azərbaycanın bütün ərazisi 2016-cı ilin sonunadək telefonlaşdırılacaq"
16:12 19 İyun 2015
Ölkə mətbuatı
A- A+
.

[ 19 İyun 2015 17:08 ]


Yevlax. Teymur Zahidoğlu - APA. "2016-cı ilin sonunadək respublikanın telefonlaşdırılmamış yaşayış məntəqəsi qalmayacaq". APA-nın məlumatına görə, bunu Yevlaxda jurnalistlərə müsahibəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

 

Nazirin sözlərinə görə, hazırda bütün şəhər, qəsəbə, kənd və digər tipli yaşayış məntəqələrinin yalnız 25%-i telefonlaşdırılmayıb: "Hazırda ölkənin 25% kənd və qəsəbəsində telefon xəttindən istifadə oluna bilmir. Ancaq həmin yaşayış məntəqələrində əhalinin internet və rabitə xidmətindən istifadəsi üçün hava, mobil rabitə və peyk vasitəsi xidmətlər həyata keçiririk. Ancaq 2016-cı ildə bu tip məntəqələrinin hamısı genişzollaqlı internet,  multimedia və digər rabitə xidmətlərindən asanlıqla istifadə edə biləcəklər".

 

Ölkədə mobil telefon aparatlarının alınması qaydalarına ediləcək dəyişikliklərə aydınlıq gətirən Ə. Abbasov deyib ki, bu məsələ müasir dünya standartları ilə tənzimlənəcək: "Hazırda elə adamlar var ki, onların adına 1000-dən çox telefon aparatı qeydiyyatdadır. Amma həmin adamın özünü isə tapmaq mümkün deyil".


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR