Gürcüstan səfirliyi Tbilisidəki daşqınlarda zərərçəkənlərə yardım üçün Azərbaycan Beynəlxalq Bankında xüsusi hesab açıb

17:28 19 İyun 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Gürcüstanın Bakıdakı səfirliyi Tbilisidə baş verən daşqınlar zamanı zərərçəkənlərə yardım məqsədilə Azərbaycan Beynəlxalq Bankında xüsusi hesab açıb.
Səfirliyin bununla bağlı açıqlamasında bildirilir ki, iyunun 13-dən 14-ə keçən gecə Tbilisidə baş vermiş təbii fəlakət nəticəsində 19 nəfər həlak olub, itkin düşənlərin axtarışları bu günədək davam etdirilir. Sel yaşayış binalarını, tikililəri, avtomobilləri tamamilə məhv edib, çoxlu sayda insan evsiz qalıb. Təbii fəlakət şəhər infrastrukturuna böyük ziyan vurub, Tbilisinin mərkəzi rayonlarının birində yollar, körpülər və digər obyektlər, o cümlədən zoopark məhv olub.
Açıqlamada deyilir: “Azərbaycandakı dostlarımız bizə dəstək verdilər. Səfirlik gürcü xalqı adından bu dəstəyə görə minnətdarlığını bildirir. Bu günədək səfirliyə sadə insanlar, hökumət və qeyri-hökumət nümayəndələri, işgüzar dairələrin təmsilçiləri başsağlığı verirlər və fəlakətdən ziyan çəkmiş insanlara öz yardımlarını təklif edirlər. Bununla əlaqədar, səfirlik Azərbaycan Beynəlxalq Bankında azərbaycanlı fiziki və hüquqi şəxslərin könüllü ianələri üçün xüsusi bank hesabı açıb”.
Bank hesabı aşağıdakıdır:
Beneficiary Bank: The International Bank of Azerbaijan Republik,
“IBA-PREMIER”, CUSTOMER SERVICE
SWIFT: IBAZAZ2X
Nizami str., 67, Phone: (+992) 493-00-91
Beneficiary: EMBASSY OF GEORGIA
IBAN N : AZ10IBAZ39020028409416149120

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustan_sefirliyi_Tbilisideki_dasqinlarda_zererchekenlere_yardim_uchun_Azerbaycan_Beynelxalq_Bankinda_xususi_hesab_achib-865341

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR