Radik İsayev finalda

Radik İsayev finalda
17:31 19 İyun 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında taekvondoçuların yarışında millimiz növbəti medalını qazanıb.

ANS PRESS-in məlumatına görə, 80 kq çəki dərəcəsində taekvondoçumuz Radik İsayev 1/4 finalda Jeron Vanruiju (Hollandiya) sınağa çəkib. Görüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. O, 8:6 hesabı ilə qalib gələrək, 1/2 finala vəsiqə qazanıb. İsayev 1/2 finalda sloveniyalı İvan Traykoviçi 17:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, ilk üç yarış günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) isə bürünc medal qazanıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR