Qaqauzların bitməyən Dəmirəl sevgisi

Qaqauzların bitməyən Dəmirəl sevgisi
16:31 19 İyun 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin ölüm xəbəri qaqauzlar arasında böyük kədər, məyusluq yaradıb.

ANS PRESS-in məlumatına görə, bu sözlər Moldova tərkibində Qaqauz Muxtar Respublikası rəhbərliyinin Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin ölümü ilə əlaqədar Ankaraya göndərdikləri başsağlığı məktubunda yer alır.

Muxtar Respublika parlamentinin rəhbəri Dmitri Konstantinovun imzası ilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ünvanına göndərilən məktubunda deyilir: "Tarixi şəxsiyyət olan Süleyman Dəmirəl Moldovanın cənubunda Qaqauz muxtariyyətinin formalaşmasında mühüm rol oynayıb və müxtariyyətin tarixinə adını ləyaqətlə yazdırıb. Onun diplomatik qabiliyyəti, yüksək beynəlxalq nüfuza malik olması və dünya siyasətində aktiv iştirakı nəticəsində etnik ziddiyyətlərə icazə verilməmiş, Qaqauz Moldova Respublikası tərkibində xüsusi hüquqi status qazanmışdır."

Xatırladaq ki, 1993-cü ildən 2000-ci ilə qədər Türkiyə prezidenti olmuş Süleyman Dəmirəl 1990-cı ildə müstəqilliyi elan etmiş Moldovadan ayrılmaq istəyən Qaqauz Respublikası arasında (1993-1994) danışıqlarda vasitəçilik edib. S.Dəmirəl Moldovanın o vaxtkı prezidenti Snequra bildirib ki, əgər Moldova rəhbərliyi qaqauzlara milli ərazi muxtariyyəti verməyə hazır deyilsə, onda Türkiyə birtərəfli qaydada Qaqauzun müstəqilliyini tanıyacaq. Bundan sonra, 1994-cü ilin dekabrında Moldova parlamenti Qaqauz Muxtar Respublikası statusu haqqında qanunu qəbul edib.

Bütün bu xidmətlərinə görə, Süleyman Dəmirəl 2014-cü ildə qaqauzların ən yüksək dövlət mükafatı "Qaqauz Ordeni ilə təltif edilib, onun Komrat Şərəf Xiyabanında abidəsi qoyulub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR