İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyası keçirilir

İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyası keçirilir
13:28 21 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+


İstanbul, 21 yanvar, AzərTAc
Yanvarın 21-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyası işə başlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılışı keçirilən sessiyada Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti təmsil edir.
Sessiya “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.
Tədbirdə İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı arasında Anlaşma və Əməkdaşlıq Memorandumu ratifikasiya olunacaq, qurumun ixtisaslaşmış komitələrinin təqdim etdikləri sənədlərin müzakirəsi keçiriləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.
Milli Məclisin sədri Oqtay Əsədovun sessiyada çıxışı nəzərdə tutulub.

Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istanbulda_Islam_Amekdasliq_Teskilati_Parlament_Ittifaqi_Konfransinin_10_cu_sessiyasi_kechirilir-826328

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR