x
Loading...

Bakıda iftar çadırları quruldu

Bakıda iftar çadırları quruldu
16:46 19 İyun 2015
142 Digər
Ölkə mətbuatı
A- A+
.

Hər il olduğu kimi bu il də Azərbaycanın paytaxt və müxtəlif rayonlarında iftar çadırları qurulur.

Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun ANS PRESS-ə verdiyi məlumata görə, artıq Bakı kəndlərində belə çadırlar qurulub və iftar süfrələri verilir. Onun sözlərinə görə, Qaraçuxur və İlahiyyat məscidlərində 30 gün ərzində iftar verilməsilə bağlı idarəyə məlumat verilib.

Qeyd edək ki, Şəki və Qəbələ rayonlarında iftar çadırları açılacaq. Bu rayonlardakı iftar çadırları da əhalinin maliyyə dəstəyilə təşkil olunur. İftar çadırları Ramazan ayının sonuna qədər əhaliyə açıq olacaq.

Adətən iftar çadırları məscidlərin həyətlərində təşkil olunur. Əhalinin maddi dəstəyi və məscidlərin daxili imkanları hesabına təşkil olunan bu çadırlarda Ramazan ayı boyunca iftar verilir. Təşkil olunan iftar çadırlarında 250–500 nəfər iftar edə bilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=351908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR