Azərbaycan gimnastı Avropa Oyunlarında çıxışından razıdır

Azərbaycan gimnastı Avropa Oyunlarında çıxışından razıdır
17:53 19 İyun 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Maksim Tsurkov/

I Avropa Oyunlarında bədii gimnastika yarışlarında final mərhələsinə adlayan Azərbaycan gimnastı Marina Durunda ümumilikdə çıxışından razıdır. Trend-in məlumatına görə, bu barədə gimnast jurnalistlərə bildirib.

O, yaxşı çıxış etdiyini düşünür: "Proqramın birinci növündə səhvə yol verdim, ona görə də gürzlərlə hərəkətdə final mərhələsinə çıxa bilmədim. Lakin qalan üç hərəkətdə çıxışım yüksək səviyyədə idi. Əlbəttə, daha yaxşı etmək olardı, mükəmməllikdə sərhəd yoxdur, ancaq bu idmandır".

M.Durunda müəyyən həyəcanın da olduğunu deyib: "Çünki doğma divarlar arasında çıxış edirik, bütün ölkə bizi dəstəkləyir, bizə inanır və bizə görə həyəcan keçirir. Belə dəstəklə finalda medal uğrunda mübarizə apara biləcəyimi düşünürəm”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR