Yunanıstan "Türk axını"na daxil oldu (FOTO)

Yunanıstan "Türk axını"na daxil oldu (FOTO)
17:56 19 İyun 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya "Türk Axını" boru xətti layihəsinin Yunanıstana qədər uzadılması üçün Afina ilə hökumətlərarası razılaşma imzalayıb.

ANS PRESS-in məlumatına görə, Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak sazişin imzalanması mərasimində çıxış edərək razılaşmanın detallarını açıqlayıb.

Aleksandr Novak layihədə Yunanıstan ilə bərabər hissəyə sahibi olacaqlarını söyləyib. Rusya, Ukrayna ilə münasibətlərin korlanmasından sonra Avropaya təbii qaz nəqlində kilid rol oynayan ölkəni və qaz nəqli marşrutları tapmağa çalışırdı. Görünür rəsmi Moskva artıq axtardığını tapıb.

Ancaq 63 milyard kub metrlik "Türk Axını" layihəsini gündəmə gətirən Rusiya, Yunanıstan ilə kəmərin uzadılması məsələsində razılıq əldə etsədə, hələlik Ankara ilə qəti bir hökumətlərarası razılaşma əldə edilməyib. "Türk Axını" layihəsi Türkiyə-Yunanıstan sərhədində sonlanacaq. Avropaya təbii qaz satışı üçün Yunanıstan sərhədində bir terminal da qurulacaq.

Avropanın ən böyük təbii qaz tədarükçüsü olan Rusiya "Türk Axını" ilə yanaşı, Baltik dənizi üzərindən təbii qaz daşıyacaq iki yeni boru xətti layihəsi üzərində çalışır. "Qazprom"un təsisçisi Aleksey Millerin isə bu yeni layihələrlə bağlı açıqlama verib. O bildirib ki, sözü gedən yeni xətlər "Türk Axını"na rəqib deyil.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=351874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR