"Moşu" işdən çıxarıldı

"Moşu" işdən çıxarıldı
13:31 21 Yanvar 2015
206 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Valeh Kərimov çalışdığı Sumqayıt Dövlət Dram Teatrında işdən çıxarılıb. 

Axşam.az publika.az-a istinadən xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Kamal Almuradlı  V.Kərimovun 70 yaşı tamam olduğuna görə işdən azad edildiyini bildirib:

“Valeh Kərimov yanvarın 16-da qanuni şəkildə işdən azad olunub. Prezidentin fərmanına əsasən, yaşı 65-dən yuxarı olan aktyor və aktrisalar işdən azad olunurlar. Sadəcə, fəxri adı olanlar 70 yaşına kimi işdə saxlanılırlar. Bu, bütün teatrlarda belədir. Valeh müəllimə müqavilə təklif olunub. Amma hələlik özü bizim təklifə münasibət bildirməyib”.
 
Qeyd edək ki, Valeh Kərimov milli.az-a açıqlamasında teatr rəhbərliyinin qərarından narazılığını ifadə edib və ona müqavilə ilə işləmək təklif olunmadığını söyləyib:
 
“Mən  o gündən özümə gələ bilmirəm. Yaşıma görə çıxarılacağımı düşünürdüm. Ancaq müqavilə əsasında işləyəcəyimi zənn edirdim. Onu da etmədilər. Mən teatrdan 210 manat maaş alırdım. Bu pul mənim yolpulum etmirdi. O məbləği mən Bakı teatrlarında 1-2 rol oynamaqla qazanıram. Sumqayıt teatrı mənə doğma idi. İnanmırdım ki, mənimlə belə qurtara, sağollaşa bilərlər. Bu, mənə çox ağır gəldi”.
 
Xatırladaq ki, uzun illər bu teatrda çalışan aktyoru geniş tamaşaçı kütləsinə tanıtdıran “Bəxt üzüyü” filmində oynadığı Moşu obrazı olub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25358

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR